Pinoçetin arvadı 99 yaşında VƏFAT ETDİ
17 dekabr 2021 01:05 (UTC +04:00)

Pinoçetin arvadı 99 yaşında VƏFAT ETDİ

Çili diktatoru Auqusto Pinochetin (1915-2006) dul arvadı Lusiya İriart 99 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Çilinin “Tercera” nəşri məlumat yayıb.

İriart yaşadığı mənzildə evdə dünyasını dəyişib. Son illərdə onun ağciyərlərində problemlər yarandığı bildirilir.

O, fırıldaqçılıq və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə istintaq altında idi. 1973-cü ildən 2016-cı ilin avqustuna qədər rəhbərlik etdiyi “CEMA” fonduna dövlət tərəfindən bağışlanan əmlakı qanunsuz satmaqda şübhəli bilinirdi.

İriartın siyasi qərarlarında Pinoçetə əhəmiyyətli təsir göstərdiyinə inanılırdı. 

Qeyd edək ki, Pinoçet 2006-cı ilin sonunda ev dustaqlığında vəfat edib. O, 1973-1990-cı illərdə - rəhbərlik etdiyi hərbi rejim dövründə insan haqlarının pozulmasında, həmçinin, vergi cinayətlərində ittiham olunub.

Rəsmi məlumatlara görə, diktatura illərində 3,2 mindən çox insan siyasi motivlərlə öldürülüb və ya itkin düşüb, 37 mindən çox insan işgəncələrə məruz qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar