Peyvənddən imtina edənlər 3,5 min avro ödəyəcək
30 noyabr 2021 19:54 (UTC +04:00)

Peyvənddən imtina edənlər 3,5 min avro ödəyəcək

Avstriyada koronavirusa qarşı məcburi peyvənddən imtina edənlər 3,6 min avro cərimələnəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Aleksander Şellenberq açıqlama verib.

Bildirilib ki, qərar gələn il fevralın 1-dən qüvvədə olacaq: 

“Yerli hakimiyyət orqanları peyvənd olunmamış insanlara göndəriş ünvanlanacaq. Əgər gəlməsələr, onlar dörd həftə ərzində yenidən çağırılacaqlar. Tələbə dəfələrlə əməl etmədikdə onları 3,6 min avroya qədər inzibati cərimə və ya 4 həftə həbs gözləyir”.
 

# 1404
avatar

Rəsul SARI

Oxşar yazılar