Vladimir Putin
24 noyabr 2021 23:39 (UTC +04:00)

Vladimir Putin

Peskov Putinin sınaqdan keçirdiyi burun peyvəndindən danışdı

0

“Rusiya Prezidenti Vladimir Putin öz üzərində sınaqdan keçirdiyi koronavirusa qarşı burun peyvəndi maye şəklində olub”.
 
APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: "Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

Qeyd edək ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşü zamanı koronavirusa qarşı burun peyvəndini toz şəklində sınaqdan keçirdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1379

Oxşar yazılar