Perunun cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 280 min nəfər əhalisi olan Tanka şəhərindən 105 km şimal-şərqdə, 163 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntılar barədə məlumat daxil olmayıb.