Fahim Daşti
06 sentyabr 2021 02:25 (UTC +04:00)

Fahim Daşti

Pəncşir döyüşlərində müqavimət qüvvələrinin sözçüsü öldürüldü

0

Əfqanıstanın Pəncşir əyalətində gedən döyüşlər zamanı müqavimət qüvvələrinin sözçüsü Fahim Daşti öldürülüb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.

Dəştinin Əfqanıstan İslam Cəmiyyəti Partiyasının görkəmli üzvlərindən olduğu bildirilir.

Onun hansı şəraitdə və necə öldüyü dəqiqləşdirilməyib.

Qeyd edək ki, daha əvvəl müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban” döyüşçülərinin əyaləti tərk edəcəyi təqdirdə, döyüşləri saxlamağa və danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1709

Oxşar yazılar