Mən Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub bitirdim.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Facebook”da yazıb.
"Mən onu akademik kitablarımla yanaşı oxudum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu nəşrdən dərhal sonra oxuyacaqlar və maraqları beynəlxalq münasibətlərə aid kitablardan kənara çıxan, lakin qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün deyərdim:
Kitab BMT-nin strukturunun dəyişdirilməsinə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarına yenidən baxılmasına və təşkilatı müasir çağırışlara cavab vermək üçün real alətlərlə təmin etməyə həsr olunub.
Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarəti altında qala bilməz: “Dünya beşdən böyükdür”.
Kitabda dünyada 820 milyon insanın aclıq şəraitində yaşaması, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün və 25 milyona yaxın qaçqın kimi bəşəriyyətin durumu ilə bağlı məlumatlar da öz əksini tapıb.
Kitabın adı “A fairer world is possible” ("Daha ədalətli dünya mümkündür"), - Anna Akopyan yazıb.