Paris Olimpiadasında iştirak edən 220 idmançı  medalını geri qaytarır
01 mart 2025 19:30 (UTC +04:00)

Paris Olimpiadasında iştirak edən 220 idmançı medalını geri qaytarır

Paris Sikkəxanasına 2024-cü il Olimpiya Oyunları üçün medalların dəyişdirilməsi üçün 220 müraciət daxil olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Paris Sikkəxanası onlardan bəzilərini əvəz edib və idmançıların istəyi ilə dəyişdirmə əməliyyatını davam etdirir. Qeyd edilir ki, yeni mükafatlar orijinallarla eyni olacaq, lakin davamlılığı artırmaq üçün onlara qoruyucu lak vurulacaq.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilən oyunların iştirakçıları yüzdən çox qüsurlu medalı geri qaytarıblar. Hətta fransalı üzgüçülər Klement Sekki və İohan Ndoye-Brouard, eləcə də amerikalı skeytbordçu Nyjah Huston da mükafatların keyfiyyətindən şikayət ediblər.

Qeyd edək ki, sözügedən yarışlarda iştirak edən azərbaycanlı idmançılara verilən medalların da qısa zamanda korlandığı barədə mediada məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar

Aeroport sahibinin ölkədən çıxışına qadağa qoyuldu

Aeroport sahibinin ölkədən çıxışına qadağa qoyuldu

1 mart 2025 , 15:03
Ad günü hədiyyəsi ilə milyonçu oldu

Ad günü hədiyyəsi ilə milyonçu oldu

1 mart 2025 , 14:44
İlon Mask 14-cü dəfə  ata oldu

İlon Mask 14-cü dəfə ata oldu

1 mart 2025 , 14:23
Zelenski ABŞ-dan İngiltərəyə  getdi

Zelenski ABŞ-dan İngiltərəyə getdi

1 mart 2025 , 11:40
PKK-dan atəşkəs ELANI:  silahı yerə qoyurlar

PKK-dan atəşkəs ELANI: silahı yerə qoyurlar

1 mart 2025 , 09:58
İndoneziyada güclü zəlzələ

İndoneziyada güclü zəlzələ

1 mart 2025 , 07:32
Dünyanın ilk kriptovalyuta sammiti  bu ölkədə keçiriləcək

Dünyanın ilk kriptovalyuta sammiti bu ölkədə keçiriləcək

1 mart 2025 , 06:27
Mourinyonun cəzası iki oyuna  endirildi

Mourinyonun cəzası iki oyuna endirildi

1 mart 2025 , 04:08