"Medalım 3 günə bərbad hala düşdü"  - "Paris-2024"ün mükafatçısından açıqlama - VİDEO
20 yanvar 2025 13:48 (UTC +04:00)

"Medalım 3 günə bərbad hala düşdü" - "Paris-2024"ün mükafatçısından açıqlama - VİDEO

"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".

Lent.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Ləman Sərraf

Oxşar yazılar