Türkiənin Kayseri şəhərində U18 Liqasının A qrupunda liqanın 16-cı həftəsində "İlbeyspor" və "Qaziosmanpaşaspor" Erkilet Stadionunda üz-üzə gəlib.
Lent.az xəbər verir ki, vaxtaşırı artan gərginlik matçın sonuna qədər davam edib.
Qarşılaşmada 4-3 hesabı ilə qalib gələn "İlbeyspor" qalibiyyətdən sonra stadionun çıxışında azarkeş qruplarının hücumuna məruz qalıb.
Bıçaqlı hücumda 2 futbolçu yaralanıb
Hadisədən dərhal sonra hadisə yerinə çoxlu sayda polis qrupları və tibb işçiləri göndərilib.
Polis hadisəyə qarışan şübhəliləri nəzarətə götürdü.