Türkiyənin Ədirnə vilayətində kafeyə silahlı hücum olub.
Lent.az xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.
İpsala rayonunda ov tüfəngi ilə silahlanmış şəxs kafeyə girərək ətrafa atəş açıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Onlardan ikisi xəstəxanada dünyasını dəyib.