İsveçrədə ilk dəfə olaraq Omicron ştamına yoluxma hadisəsi aşkarlanıb.
APA xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, iki nəfərdə yeni ştamın əlamətləri müəyyən edilib.
Hər iki şəxs təcrid edilib.
Qeyd edək ki, ötən gün İsveçrə hökuməti Omicronla bağlı ölkədə məhdudlaşdırıcı tədbirlərin sərtləşə biləcəyini açıqlayıb.