ABŞ-da bir qadın yuxudan oyanıb, qəribə bir kişinin onun budundan tutduğunu görüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Miluoki ştatında sübh tezdən yuxudan oyanan qadın gecə evinə girən oğrunun yanında yatdığını görüb. Onun azyaşlı uşaqları də eyni otaqda olub. Oğru əlcəkli əlləri ilə qadına toxunmağa başlayıb və qadın uşaqların gözü qarşısında ona təcavüz etməməyi xahiş etdikdə, o, qadına “sus və ayaqlarını aç” deyib. Onlar dava etməyə başlayıblar və bu, qadının qızı otağa daxil olana qədər davam edib. Soyğunçu dərhal yataqdan sıçrayaraq, telefonunu otaqda qoyub və qaçıb.
Amerikalı qadın polislə əlaqə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunun telefonunda onun evə girdiyi zaman lentə aldığı videonu tapıblar. O, zərərçəkənin çarpayının yanında mastürbasiya etdiyini də lentə alıb. Daha sonra polis cinayətkarın 18 yaşlı Ticuan Uatson olduğunu müəyyənləşdirərək, onu həbs edib.
Ona qarşı quldurluq və zorlamaya cəhd ittihamları irəli sürülüb.