Ukrayna və Rusiya arasında vəziyyət gərgin olaraq qalır.
Bu barədə Lent.az-a Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib. O bildirib ki, Odessa səhər saatlarından vurulur:
“Odessaya səhər saatlarından azı 4 raket atılıb. İndi sakitlikdir, amma bayaqdan durmadan partlayış səsləri eşidilirdi. Zmeynıy adası ətrafında ukraynalılar onlara ciddi zərbə vurub. Ona görə də onlar belə edir”.