ABŞ-da bir nəfərin köhnə tüfəngi satışa çıxarması 70-ci illərdə baş vermiş oğurluq hallarının üstünün açılması ilə nəticələnib.
Lent.az-ın xəbərinə görə 78 yaşlı Pensilvaniya sakininin tüfəng satmaq istəyi xüsusi xidmət orqanlarının marağına səbəb olub.
Araşdırma zamanı müəyyən edilib ki, 1775-ci il istehsalı olan tüfəngin dəyəri 175 000 dollardır. Silah təxminən 50 il əvvəl hərbi muzeydən oğurlanıb.
Araşdırma zamanı yaşlı kişinin 70-ci illərdə müxtəlif muzeylərdən oğurluq etdiyi ortaya çıxıb. Oğurlanmış eksponatların ümumi dəyəri 200 000 dollardır.
Məhkəmənin hökmü ilə Pensilvaniya sakininə 1 gün həbsxanada olmaqla 3 il şərti cəza verilib. O, həmçinin 25 000 dollar cərimə və 23 385 dollar təzminat ödəməlidir.