Mütəxəssis Omicron ştamının GİZLİNLƏRİNDƏN DANIŞDI
15 dekabr 2021 08:23 (UTC +04:00)

Mütəxəssis Omicron ştamının GİZLİNLƏRİNDƏN DANIŞDI

“Cənubi Afrika Respublikasından (CAR) əldə edilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Omicron ştamı hazırda göründüyündən daha təhlükəli ola bilər”. 

Lent.az-ın SABC radiosuna istinadən verdiyi məlumata görə, bu fikir Yohannesburqdakı Vitvatersrand Universitetinin peyvənd mütəxəssisi Şabir Madhi bildirib.

Mütəxəssis qeyd edib ki, Omicron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti mövcuddur:   bir vəziyyət var: “CAR əhalisi artıq koronavirusun yeni variantına qarşı yüksək immunitetə malikdir. Məhz bu fenomen COVID-19-un əvvəlki dalğaları ilə müqayisədə CAR-da xəstəxanalara daha az yoluxmuş insanın daxil olmasını izah edir”. 

Şabir Madhi əlavə edib ki, bu günə qədər CAR-da koronavirusa yoluxan, təxminən 6 min insan xəstəxanaya yerləşdirilib ki, bu, pandemiyanın ikinci və üçüncü dalğalarının pik nöqtəsində xəstəxanalarda olan yoluxanların üçdə birindən azdır: “Bu, cənubi afrikalıların yüksək immunitetə malik olması ilə əlaqədar ola bilər”. 

Bəzi yerli elm adamları hesab edirlər ki, digər ölkələrdə Omicron ştamının yaratdığı növbəti dalğa CAR-da olduğu kimi davam etməyəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar