Ukraynanın İrpen şəhərindəki təzə qəbirlərin yeni fotosu ortaya çıxıb.
Lent.az xəbər verir ki, şəhər qəbiristanlığından çəkilən şəkili Amerikanın “The New York Times” nəşri dərc edib.

Kiyev vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbçilərinin öldürdüyü 900-ə yaxın dinc sakinin cəsədini aşkar ediblər.

Bəzi ərazilərdə dağıntıların təmizlənməsi hələ də davam edir. Buna görə də polis cəsədlərin tapılmasının davam edəcəyinə inanır.

Xatırladaq ki, İrpen martın 28-də Rusiya hərbçilərindən azad edilib.