Fələstinin radikal HAMAS hərəkatının İsrailə hücumu nəticəsində ABŞ-nin 29 vətəndaşı həlak olub.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Qeyd olunub ki, 15 nəfər itkin düşüb.
Dövlət Departamenti həlak olanların kimliyi və onların hansı şəraitdə ölməsi ilə bağlı məlumat verməyib.