Mühafizə şirkətinə hücum:  Biri polis olmaqla 4 nəfər yaralandı
15 dekabr 2021 06:15 (UTC +04:00)

Mühafizə şirkətinə hücum: Biri polis olmaqla 4 nəfər yaralandı

İspaniyanın Tarraqona şəhərində silahlı insident baş verib.

Lent.az-ın məlumatına görə, bu barədə Kataloniya polisi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizə şirkətinə atəş açan naməlum şəxsi saxlayıb.  

Silahlı insident nəticəsində 3 nəfər yaralanıb. Daha bir polis əməkdaşı 45 yaşlı şübhəlini təqib edərkən yaralanıb. 

“El Pais” qəzetinin məlumatına görə, şübhəli şəxs yerli şirkətlərdən birində mühafizəçi işləyib. Onun üzərində 1 tüfəng və dörd tapança olub. Şübhəlinin, həmçinin, psixi pozğunluqdan əziyyət çəkdiyini iddia edilir.

Həmin şəxs şirkətin ofisinə gələrək keçmiş həmkarlarına atəş açıb, nəticədə 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Birinin vəziyyəti kritik ağır, ikisinin vəziyyəti isə ağırdır. 

Yarlı polis isə helikopterlə xəstəxanaya çatdırılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar