Moskvaya gedən azərbaycanlıların  diqqətinə: Genləri YOXLANACAQ
31 yanvar 2022 17:15 (UTC +04:00)

Moskvaya gedən azərbaycanlıların diqqətinə: Genləri YOXLANACAQ

Moskva prokuroru Denis Popov hesab edir ki, şəhərdə miqrantların genetik qeydiyyatı tətbiq edilməlidir.

Lent.az 24News.ge-ə istinadən  xəbər verir ki, prokuror deportasiya edilən əcnəbilərin çoxunun vətənlərində sənədlərini dəyişərək Rusiyaya qayıtdıqlarını bildirib.

Onun sözlərinə görə, təkcə ötən il 800 belə hal müəyyən edilib.

Bu səbəbdən paytaxt prokuroru miqrantların genetik qeydiyyatının lehinə çıxış edib. Onun sözlərinə görə, yalnız genetik qeydiyyat vəziyyəti dəyişə bilər.

Popov hesab edir ki, genetik qeydiyyat digər məsələlərlə yanaşı, cinayətlərin, o cümlədən bir neçə il əvvəl törədilmiş cinayətlərin açılmasına da kömək edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

Sevinc Fərid

Oxşar yazılar