İranda gənc qız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir gözünü itirib.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" "Telegram kanalı məlumat yayıb.
Qəzəl Rənckeş "İnstaqram" paylaşımında gözünün çıxarıldığını, amma rejimin devriləcəyi günü görmək üçün yaşamağa davam edəcəyini bildirərək yazıb:
“Çünki mənim bir hekayəm var, hələ bitməyib, çünki, hələ görməli olduğumu görməmişəm. Bilirəm ki, həmin gün yaxındır... çox yaxındır”.