İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb.
Lent.az “Mouze” teleqram kanalına istinadən bildirir ki, bu barədə mərkəzin sosial media hesabında məlumat verilib.
Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib və mərkəzin üzvlərinə qarşı təzyiqləri artırıb.
Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur isə fevralın 27-də həbs olunublar.
"Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir", - paylaşımda vurğulanıb.