Karib dənizində istirahət edən amerikalı aktrisa və model Kristi Brinkli fotolarını paylaşıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, şəkillərdə 69 yaşlı model 1980-ci ildə aldığı mavi çimərlik paltarında poza verib. Kristi Brinkli çimərlik görünüşünü geniş kənarlı həsir papaq və mavi şiferlərlə tamamlayıb.
“Mənim çimərlik paltarım 80-ci illərdəndir... Bir göz qırpımında daha on il ötəcək və mən 80 yaşı da keçəcəyəm. Çünki siz əylənəndə vaxt uçur, mən isə çox əylənirəm! Hər kəsə çatdırmaq istəyirəm ki, əylənmək üçün vaxt tapmaq çox vacibdir. Sevinmək sağlamlığınız, ürəyiniz və ruhunuz üçün yaxşıdır. Buna görə də yaşınızdan asılı olmayaraq, bacardığınız zaman sevinin. Və xoşbəxt olacaqsınız", deyə model bildirib.