"Moskva Riviera" ticarət mərkəzində qarışıq döyüş növləri (MMA) döyüşçüləri arasında dava olub.
Lent.az xəbər verir ki,bu barədə "RİA Novosti" məlumat yayıb.
Hadisə "Bizim biznesimiz" təqdimat mərasiminə aid keçirilən mətbuat konfransı zamanı baş verib.
Döyüşçü Şovxal Çorçayev ona ünvanlanan təxribatçı sualdan sonra ticarət mərkəzinin foyesində dava edib.
Tədbir təşkilatçılarının müraciətləri də heç bir effekt vermədiyindən davanın miqyası genişlənib.