Misirdə köpəkbalığı insana hücum etdi
10 sentyabr 2021 21:05 (UTC +04:00)

Misirdə köpəkbalığı insana hücum etdi

Misirin Aralıq dənizi sahillərində köpəkbalığı insana hücum edib.

APA xəbər verir ki, bu barədə “Youm7” qəzeti yazıb.

Hadisə sahildən üç kilometr aralıqda, turistik bölgə olan Sidi Əbdürrəhman kəndi ərazisində baş verib. Köpəkbalığı 58 yaşlı kişiyə hücum edərək onun qolunu dişləyib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Hadisədən sonra rəsmilər çimərliyə girişi bağlayıblar. Misirin Ətraf Mühit Nazirliyi araşdırmalara başlayıb.

# 2022
avatar

Oxşar yazılar