Bu gün Əfqanıstanın Herat vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 125 nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Hasht-e Subh Daily” qəzeti məlumat yayıb.
Dağıntı və tələfatın miqyası dəqiqləşdirilir.
***
saat 13.05
Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Heratdan 36 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Daha sonra 5,6 maqnitudalı növbəti təkan qeydə alınıb.
Bundan əvvəl oktyabrın 11-də Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ 2053 nəfərin ölümünə yol açıb.