Fransada 17 yaşlı gəncin öldürülməsinə etiraz olaraq 1 qrup haker 1121 hakimin şəxsi məlumatlarını ələ keçirib.
Lent.az “Figaro”ya istinadla xəbər verir ki, ələ keçirilən məlumatlar arasında hakimlərin fəaliyyəti, gəlirləri, ünvanları və digər şəxsi məlumatlar yer alır.
Ədliyyə Nazirliyi isə bildirir ki, ələ keçirilmiş məlumat bazası köhnədir, nazirliyin serverinə heç kəs sıza bilməyib.