“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb. Bu, digər milyarderlər arasında bu il ən sürətli artımdır.
Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Sahibkar 2022-ci ildə diqqətini bu sahəyə hakim olmaq üçün “metaverse” qurmağa yönəldib. Agentliyin məlumatına görə, hansısa məqamda belə investisiyalar hesabına onun kapitalı 100 milyard dollar azalıb.