Milan  su altında   qaldı
26 aprel 2022 03:52 (UTC +04:00)

Milan su altında qaldı

İtaliyanın Milan şəhərində yağan güclü yağış şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.

Lent.az “ANSA”ya istinadla xəbər verir ki, hazırda mütəxəssislər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.

İtaliyanın Lombardiya bölgəsinin hökumətinin təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Qranelli sosial şəbəkədə Sevesoda suyun səviyyəsinin qalxdığını bildirib. 

Əməliyyat xidmətləri fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. 

Daşqından zərər çəkənlər barədə məlumat verilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar