Milad hədiyyəsinə görə bacısını öldürdü
28 dekabr 2023 14:39 (UTC +04:00)

Milad hədiyyəsinə görə bacısını öldürdü

Florida ştatında bir yeniyetmə Milad hədiyyələri üstündə mübahisə zamanı bacısını güllələyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 14 və 15 yaşlı iki qaradərili yeniyetmə polis tərəfindən saxlanılıb, onların 23 yaşlı bacısı isə güllə yarasından sağ çıxa bilməyib.

Uşaqlar arasında münaqişə katolik Milad bayramı ərəfəsində, hədiyyə almağa gedərkən baş verib. Mübahisəyə səbəb hədiyyələrin sayına görə qısqanclıq olub. Dava uşaqların nənəsigildə davam edib. Daha sonra qardaşlardan biri silahı çıxararaq 15 yaşlı qardaşını başından vuracağı ilə hədələyib. O, bayıra çıxaraq uşaq arabası ilə gedən bacısının döş qəfəsindən atəş açıb. Buna cavab olaraq digər qardaş odlu silahla ona atəş açaraq, yaralayıb.

Gənc qadının 11 aylıq və altı yaşlı iki uşaq anası olduğu bildirilir. Hər iki qardaş həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.

Məlumata əsasən, hər iki yeniyetmə əvvəllər silah gəzdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Oxşar yazılar