Meymunçiçəyinə görə narahatlığa əsas yoxdur - ÜST   
31 may 2022 05:31 (UTC +04:00)

Meymunçiçəyinə görə narahatlığa əsas yoxdur - ÜST  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

Lent.az-ın xəbərinə görə, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyi geniş yayılmadan qarşısını almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407

Oxşar yazılar