Mətbuat katibinə görə nazirin təyyarəsi  başqa istiqamətdə uçdu
30 noyabr 2023 04:31 (UTC +04:00)

Mətbuat katibinə görə nazirin təyyarəsi başqa istiqamətdə uçdu

Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Makedoniyaya niyə Bolqarıstan üzərindən deyil, Yunanıstan üzərindən uçduğu məlum olub.

Lent.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Lavrovun təyyarəsinin Yunanıstan üzərindən Skopyeyə uçmasının səbəbini açıqlayıb.

“Rusofobların şər axmaqlığı o yerə çatıb ki, tariximizdə ilk dəfə olaraq rəsmi orqanlar təyyarənin yox, təyyarədə olan şəxsin səmada olmasını qadağan edib. Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi notasında belə yazılıb: təyyarə Bolqarıstan üzərindən uça bilər, amma Mariya Zaxarova təyyarədə uça bilməz. Amma mənim Bolqarıstan üzərindən təyyarəsiz uça biləcəyim və ya bunun üçün kosmik məkandan istifadə etməyin mümkün olub-olmadığı barədə heç nə deyilməyib”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi teleqram kanalında yazıb.

Qeyd edək ki, Lavrovun Bolqarıstan hava məkanından keçməklə ATƏT Xarici İşlər Nazirləri Şurasına uçacağı gözlənilirdi. Çünki rəsmi Sofya Rusiya XİN başçısına icazə vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966

Oxşar yazılar

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55