Polis fotojurnalist Maksim Levinin Kiyev vilayətinin Quta Mejiqorskaya kəndi ərazisində uzun axtarışlardan sonra meyitini tapıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, başından qəlpə yarasından dünyasını dəyişib.
Levinlə əlaqə martın 13-də kəsilib. O, sonuncu dəfə çəkilişlər etmək məqsədilə şəxsi avtomobili ilə döyüşü bölgələrinə gedib. Dostunun dediyinə görə, o, maşını Kiyevin Vışqorodski rayonunun Quta Mejiqorskaya kəndi yaxınlığında qoyub və Moşçun kəndi istiqamətində yola düşüb.
Onun telefonuna saat 11:23-də mesaj daxil olub, bundan sonra Levinlə əlaqə kəsilib.
Qeyd edək ki, Levinin 40 yaşı var idi. O, 15 yaşından fotoqraf olmaq arzusunda olub, məktəb illərində foto dərnəyində iştirak edib. Levin kompüter sistemləri mühəndisi kimi təhsil alıb və bundan sonra arzuladığı peşəyə yiyələnib.
O, müxtəlif nəşrlər və agentliklərdə - “Pensiya” jurnalı, UNIAN xəbər agentliyi, “Associated Press”, “Reuters” və s. işləyib. Təkcə Lb.ua nəşrində 10 il çalışıb. 2020-ci ildən isə “hromadske”də işləməyə başlayıb.
Həmçinin o, “AFTERILOVAISK” jurnalist layihəsinin və “Ata klubu” sosial layihəsinin həmtəsisçisi olub.
Hər zaman qaynar nöqtələrdə olub. Eks-prezident Petro Poroşenkonun fərmanı ilə 2015-ci ildə III dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edilib.
Evli idi, dörd oğlu var.
Maksim Levinin bir sıra əsəri var, onların əksəriyyəti xüsusi olaraq müharibə haqqındadır.
Onlardan bəzilərini təqdim edirik: