Məşhur aşpazlar zəlzələdən zərərçəkmişlərə yemək bişirib payladılar
16 fevral 2023 19:24 (UTC +04:00)

Məşhur aşpazlar zəlzələdən zərərçəkmişlərə yemək bişirib payladılar

“Qızıl Ay” cəmiyyətinin zəlzələ bölgəsində insanlara gündə 3 dəfə verdiyi isti yemək yardımlarına dünya şöhrətli aşpazlar da qoşulublar.

Lent.az-ın məlumatına görə, “Master şef” televiziya proqramından azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan Danilo Zanna, Mehmet Yalçınkaya və Ömür Akkor kimi məşhur aşpazlar öz əlləri ilə zəlzələdən zərərçəkmiş insanlara yemək bişirib paylayılar.

Məşhur aşpazlara 100-ə yaxın peşəkar aşpaz kömək edir.

Hazırda zəlzələdən zərərçəkmiş ərazilərdə 5 min könüllü müxtəlif  işlərdə xidmət göstərir. Bundan əlavə, həmin ərazilərdə 5 mobil yeməkxana, 352 mobil mətbəx, 38 mobil çörəkxana, 22 hərbi səhra mətbəxi quraşdırılaraq insanların ehtiyaclarını aradan qaldırır. Şef aşpazlar zəlzələ bölgəsində hər gün tonlarla yemək bişirildiyini və qazanlarda hər zaman isti yemək olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar