Əfqanıstanlı riyazıyyatçı, hər kəsin dahi adlandırdığı alim Sadik Əfqan öz kəşf etdiyi formul sayəsində qlobal hadisələrin hansı yöndə cərəyan edəcəyi barədə öncədən məlumat verə bilir. Bu günə qədər proqnozları xətasız düz çıxan alim 2015-ci ildən yer üzərində təbii fəlakətlərin başlayacağını demişdi.
Lent.az-ın xəbərinə görə, alim Türkiyədə baş verən zəlzələni təəccüblə qarşılamayıb və bunun gözlənildiyini deyib.
O zəlzələnin süni şəkildə yad qüvvələr tərəfindən törədildiyini bildirib. Alim vurğulayıb ki, baş verən fəlakət yerin 14 km dərinliyində partladılmış bombanın nəticəsidir. O bu fikri “Rossiya1” telekanılda çıxış edərkən bəyan edib: “Dediklərimi sübut edə bilərəm. Dünyada bəşəriyyətin əleyhinə işləyən 3 komitə var. Onların başında dayanan adamlar dünyada baş verən bütün hadisələri təşkil edirlər”. O deyib ki, 2023-cü ildə dünyada sakitlik olmayacaq.
“Bu il ötən ilkindən gərgin il olacaq, 2024-cü ildən də sakitlik gözləməyə dəyməz. 2025-ci il dünya üçün dönüş ili olacaq. 2023-cü ildə dünya dövlətləri bir-birlərini atom silahları ilə şantaj edəcəklər, lakin partlayış olmayacaq. ABŞ-ın zəifləyəcəyini, bəzi ştatalarında ayrılmaq meyillərinin yaranacağını gözləyirəm. Getdikcə Amerika dolları zəifləməyə başlayacaq”,- deyə alim bildirib.