Məsciddə imam və tələbəsi bıçaqlandı
09 yanvar 2024 01:06 (UTC +04:00)

Məsciddə imam və tələbəsi bıçaqlandı

İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və tələbəsi yaralanıb.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.

Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19:15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidində şüarlar səsləndirərək iğtişaş yaradıb.

Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və tələbəsi xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984
avatar

Oxşar yazılar