Meksikada 12 həftəyə qədər aborta icazə verildi
08 sentyabr 2021 08:25 (UTC +04:00)

Meksikada 12 həftəyə qədər aborta icazə verildi

Meksika Ali Məhkəməsi hamiləliyin ilk üç aylıq dövründə abortun dekriminallaşdırılmasını təsdiqləyib. 

APA xəbər verir ki, iclas “YouTube” platformasında canlı yayımlanıb.

Toplantıda iştirak edən Ali məhkəmənin bütün üzvləri qərarın dəstəklənməsinə yekdilliklə səs veriblər. 

Hakimlər Cinayət Məcəlləsinin 196-cı maddəsini konstitusiyaya zidd olduğunu vurğulayıblar.

Ali Məhkəmə sədri Arturo Saldivar bu gün bütün Meksikalı qadınların hüquqları üçün tarixi hadisə adlandırıb. 

Qeyd edək ki, bu qərar bütün aşağı instansiya məhkəmələri üçün bir presedent məcburiyyəti yaradır. İndiyə qədər 12 həftəyə qədər hər hansı bir səbəbdən hamiləliyin dayandırılmasına yalnız Mexiko şəhərində, həmçinin, Verakruz, İidalqo və Oaxaka ştatlarında icazə verilirdi”. 

Bundan əvvəl hamiləliyin ilkin mərhələdə dayandırılması bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. 

Xatırladaq ki, 2020-ci ilin sonunda Meksika Prezidenti Andres Manuel Lopez Obrador ölkənin bütün bölgələrində abortun qanuniləşdirilməsi ilə bağlı əhali arasında məsləhətləşmə sorğusu keçirmək niyyətini açıqlamışdı.

# 945
avatar

Oxşar yazılar