Mədəsindən 65 yad cisim  tapılan uşaq öldü
09 noyabr 2024 10:21 (UTC +04:00)

Mədəsindən 65 yad cisim tapılan uşaq öldü

Hindistanda həkimlər 14 yaşlı uşağın mədəsindən 65 yad cisim çıxarıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, azyaşlı xəstəxanaya təngnəfəslik və qarın nahiyəsində diskomfort şikayətləri ilə daxil olub. Xəstəxanaya yerləşdirilməzdən əvvəl ailə iki həftə müxtəlif həkimlərə müraciət etsə də, xəstəliyin səbəbini müəyyən edə bilməyib.

Müayinə zamanı oğlanın mədəsində çoxlu yad cisimlərin olduğu məlum olub. Cərrahiyyə əməliyyatı edilməsinə qərar verilib. Əməliyyat təxminən beş saat davam edib və uşağın mədəsindən 65 əşya - batareyalar, zəncir halqaları, ülgüc parçaları və vintlər çıxarılıb. Həkimlər əlindən gələni etsələr də, uşağın həyatını xilas edə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Oxşar yazılar