İranın Mazandaran əyalətinin Qaimşəhr şəhərində pələng peyda olub.
APA-nın Tehran bürosunun məlumatına görə, polis və yanğınsöndürənlər əhalini qorxuya salan pələngi canlı tutmağa çalışıb.
Pələng bir polisi yaralayıb. Pələngə tüfənglə bihuşedici maye vurulub. Bihuşedici mayenin təsir göstərməsindən sonra yatan pələng qəfəsə salınıb.
Bəbir bir polisi yaralayıb. Bəbir iki güllə ilə öldürülüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.