Braziliya prezidenti Luiz İnasio Lula da Silva Xirosimada keçirilən G7 sammiti çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edib.
Lent.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makronun xahişlərinə baxmayaraq,Braziliya lideri Zelenski ilə görüşməyib.
“Financial Times” bir sıra Braziliya rəsmiləri ilə danışıb və onlar bildiriblər ki, Lula da Silva Zelenski ilə görüşdən imtina etməyib, sadəcə olaraq, tərəflər qrafiklər barədə razılığa gəlmirlər.
Rəsmilərin sözlərinə görə, Braziliya lideri mayın 21-i bazar günü, Ukraynanın təklif etdiyi vaxtda Zelenski ilə görüşməyə hazır idi, lakin prezidentlər arasında görüş baş tutmayıb.