Fransa Prezidenti Emmanuel Makron bayraqdakı mavi rəngi tünd göylə əvəzlənməsinə göstəriş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölkə miqyasında bayraqlar ötən ildən dəyişdirilməyə başlanılıb. Məlumata görə, prezident iqamətgahı olan Yelisey sarayındakı bayraqların ictimaiyyətə xəbər verilmədən dəyişdirildiyi qeyd olunur.
“Avropa-1” kanalı Makronun Fransız inqilabının simvolu olan tünd göy rəngi geri qaytarmaq üçün bu qərarı verdiyi iddia olunur.
Qeyd edək ki, tarixdə 1976-cı ildə Fransa prezidenti Valeri Jiskar d Esten Avropa Birliyinin bayrağı ilə eyni göründüyü üçün Fransa bayrağındakı mavi rəngin daha parlaq olmasına göstəriş vermişdi.
Dəyişdirilən Fransa bayrağı