İstanbulda E-5 magistral yolunda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Sərxoş olduğu iddia edilən srücü yol kənarında iş aparan bələdiyyə işçilərinə vurub.
Hadisə nəticəsində dörd nəfər ölüb, biri isə xəsarət alıb.
Qəza səbəbindən Ankara istiqamətində olan yol bir müddət bağlı olub.