Rusiyanın Kareliya Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İki avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisə R-21 “Kola” avtomobil yolunun 400-cü kilometrliyində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan qadın və iki uşaq Petrozavodsk xəstəxanasına çatdırılıb.