Mafiya başçısı saxlanıldı
01 yanvar 2024 06:15 (UTC +04:00)

Mafiya başçısı saxlanıldı

Axtarışda olan italyan mafiya başçısı Nikola Rullo İspaniyada saxlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə "Ansa" portalı Neapol karabineri idarəsinə istinadən bildirib.

Məluata əsasən, N.Rullo daha böyük "Kontini" cinayət klanının bir hissəsi olan "Kontini" dəstəsinə rəhbərlik edirdi. Həmin şəxs həbsxanada ekstradisiyasını gözləyir.

O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. 2020-ci ildə o, həbsdən azad edilib. İspaniyada N.Rullo dekabrın 15-dən Alikantedəki El Plantio Golf Resort-da qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16701
avatar

Oxşar yazılar