Lotereyadan 36 milyon dollar uddu, götürmədi
21 fevral 2024 12:57 (UTC +04:00)

Lotereyadan 36 milyon dollar uddu, götürmədi

ABŞ-da Mega Millions lotereyasının naməlum qalibi uduş almaq üçün gəlməyib və 36 milyon dollar itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Florida lotereya rəsmiləri, 2023 cekpotunu qazanan biletin fevralın 11-də ləğv edildiyini və indi lotereya iştirakçısının müraciət etsələr belə, uduşunu ala bilməyəcəyini bildiriblər.

Uğurlu bilet 15 fevral 2023-cü ildə Ceksonvilldəki Publixdən alınıb. Mega Millionsun Florida sözçüsü, uduşların 80 faizinin təhsil proqramlarına sponsorluq edən etimad fonduna gedəcəyini söyləyib. Pulun qalan hissəsi lotereyanın uduş fondları arasında bölüşdürüləcək.

36 milyon dollarlıq Florida cekpotu 2023-cü ildə tələb olunmayan yeganə Mega Millions mükafatı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24780
avatar

Oxşar yazılar