Marqaret Lafri
08 sentyabr 2021 05:16 (UTC +04:00)

Marqaret Lafri

Lotereyada 27 milyon uddu: həyatının məhv olduğunu deyib öldü

Lotereyada 27 milyon funt sterlinq udan İrlandiyanın Straban şəhərinin Tiron qraflığının sakini pulun həyatını məhv etdiyini söyləyəndən sonra ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Marqaret Lafri 2013-cü ildə 27 milyon funtluq cekpotu udub.

O zaman müsahibəsində deyib ki, məşğulluq mərkəzində olanda lotereya alıb. Həmin vaxt həftədə 58 funta dolanırmış.

“Bu pul mənim olmayacaq, 27 milyon funta sahib olub tək qalmağın mənası yoxdur. Pullar məni xoşbəxt etməyəcək. Yalnız ətrafdakıların hamısı xoşbəxt olanda xoşbəxt olacağam”, - Lafri belə söyləyirdi.

Sonradan irlandiyalı qadın, qazandığı pulla 125 min funta ev, bir pivəxana və köhnə dəyirman da daxil olmaqla daşınmaz əmlak alıb. O, torpağında şəhər sakinləri üçün əlverişli mənzil tikməyi planlaşdırıb.

Qadın qazancının ən azı yarısını xeyriyyəçiliyə xərcləyib. Sonradan isə milyonlarının oğurlandığını bəyan edib.
 
“Təbii ki, lotereyada qazandığım üçün peşmanam. Əvvəllər xoşbəxt bir insan idim. Pul həyatımı məhv etdi”, - irlandiyalı vurğulayıb.

Aldığı dəyirman dəfələrlə yandırılıb. Lafri 2015-ci ildə taksi sürücüsünü təhqir etdiyinə görə 150 saat islah işləri ilə cəzalandırılıb. Qadın həmin vaxt sərxoş olub.

2018 -ci ildə isə məhkəmənin qərarı ilə keçmiş işçisin' 30 min funt ödəmək məcburiyyətində qalıb.

2019 -cu ildə Lafri qazandıqlarının onun üçün cəhənnəm əzabı olduğunu söyləyib:

“Pul mənə kədərdən başqa bir şey gətirmədi. Həyatımı məhv etdi”.

Bundan sonra Lafri cəmisi 5 milyon funtunun qaldığını da bildirib.

Qəbirə pul götürə bilməyəcəyini də qeyd edib. İrlandiyalı qadın heç vaxt evlənməyib, amma dörd qardaşı və bacısı var.

56 yaşlı irlandiyalı vəfat edəndə heç yerdə işləmirmiş. Polislər onu evində ölmüş vəziyyətdə tapıb. Qadının ölümündə şübhəli bir şey görmədiklərini söyləyiblər, ancaq Lafrinin ölümünün dəqiq səbəbini təyin etmək üçün meyitin yarılacağını vurğulayıblar.

Qadının qonşusu və yerli şura üzvü Pol Qallaher şəhər sakinlərinin onun ölüm xəbərindən şoka düşdüyünü söyləyib:

“Hamı Marqareti yaxşı tanıyırdı, xeyirxah işlər görürdü və xeyriyyəçiliklə məşğul idi. İnsanlar şoka düşüb”.
 

# 3159
avatar

Oxşar yazılar