London məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb.
Lent.az xəbər verir ki, bu barədə xarici media məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Assanc məxfi məlumatların açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur. Onu 175 il həbs cəzası gözləyir.