Qlobal iqtisadiyyatın 3% kiçilməsinə rəğmən, silah satışları 1,3% artıb
06 dekabr 2021 04:25 (UTC +04:00)

Qlobal iqtisadiyyatın 3% kiçilməsinə rəğmən, silah satışları 1,3% artıb

Koronaviusun təsir etmədiyi yeganə sektor - TƏZADLI STATİSTİKA

2020-ci ildə koronavirus pandemiyası böyük silah istehsalçılarının gəlirinin azalmasına səbəb olmayıb. 

Lent.az-ın xəbərinə görə, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında yer alır. 

Məlumatda qeyd edilir ki, böyük hərbi ləvazimat istehsalçıları ardıcıl 6 ildir satışları artırır. 2020-ci ildə silah sektorundakı 100 böyük şirkətin dövriyyəsi 531 milyard dolları keçib ki, bunun da yarısı ABŞ-ın payına düşür. 

Ötən il qlobal iqtisadiyyatın 3% kiçilməsinə rəğmən, silah satışları 1,3% artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2135

Oxşar yazılar