Koronavirus diaqnozu qoyulan 17 min insanın əsl ölüm səbəbi BİLİNDİ
05 yanvar 2024 17:45 (UTC +04:00)

Koronavirus diaqnozu qoyulan 17 min insanın əsl ölüm səbəbi BİLİNDİ

Fransız tədqiqatçıları hesablayıblar ki, koronavirus pandemiyasının ilk dalğası zamanı hidroksiklorokin qəbulu səbəbindən təxminən 16,9 min insan ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqat 2021-ci ildə “Nature” jurnalında dərc olunan məlumatlara istinad edib. Onlar ürək ritminin pozulması və hidroksiklorokinin istifadəsinin digər yan təsirləri səbəbindən ölümlərin 11% artdığını bildiriblər. Məlumata əsasən, dərman “klinik faydası ilə bağlı heç bir dəlil olmamasına” baxmayaraq təyin edilib.

Qeyd edilir ki, tədqiqat yalnız 2020-ci ilin mart-iyul aylarını əhatə etdiyi üçün dərmandan ölənlərin sayı daha çox ola bilər.

Bu arada ekspertlər koronavirusun mövsümi xəstəliyə çevrildiyini bildirirlər. Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Vasili Akimkin bildirib. Onun sözlərinə görə, COVID-19 mutasiyaya uğrayıb və ağır kurs olmadan keçməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5151
avatar

Oxşar yazılar