ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton keçmiş prezident Donald Trampın 2024-cü il seçkilərində mümkün qələbəsindən danışarkən Adolf Hitlerlə paralel aparıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Klinton Trampın yenidən prezident seçilməsinin “ölkənin hazırki vəziyyətinin sonu” olacağını deyib.
“İnsanlar legitim şəkildə seçilə bilər, sonra da seçkiləri, müxalifəti və azad mətbuatı ləğv etməyə cəhd edə bilərlər. Bunu ölkələrdə görmək olar... Hitler də layiqincə seçildi. Birdən diktator, avtoritar meylləri ortaya çıxdı və “Bunu bağlayacağıq, bu insanları həbs edəcəyik” dedi.
Tramp ancaq onun sözünə əməl edilməsini istəyir. Bu o deməkdir ki, onunla razılaşmayan insanları həbsə atacaq, qanuni medianı bağlayacaq, qanunun aliliyinə xələl gətirmək üçün əlindən gələni edəcək”, - Klinton Trampın qələbəsi ehtimalından danışarkən deyib.
2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Klinton Trampdan demək olar ki, 3 milyon daha çox səs toplayıb, lakin yenə də səsi itirib, çünki rəqibi seçici səslərini qazanıb (306-ya 232).
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.