Moskva vilayətindəki Balaşixa rayonunda bir nəfər yaşayış binasını qumbaraya bənzər əşya ilə partlatmaqla hədələyib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə aprelin 24-də Bezımyannaya küçəsindəki evlərdən birinin girişində baş verib. Yerli sakindən polisə əllərində qumbara olan şəxs barədə telefon zəngi gəlib.
“Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər. Təhlükəli əşyanın olması barədə məlumat təsdiqini tapmayıb. Faktla bağlı araşdırma aparılır”, - məlumatda bildirilir.
Digər məlumata görə, güclü sərxoş olan kişi şokoladlı yumurta ilə evi partlatmaqla hədələyib. Onun qonşularla münaqişəsi girişdə siqaret çəkdiyi üçün baş verib.